ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi səlahiyyətlərindən sui-istifadə edir.
Trend-in məlumatına görə, bunu İranın BMT yanında daimi nümayəndəsi Qolaməli Xoşru bildirib.
Q.Xoşru deyib: "ABŞ-ın Şurada İrandakı etirazları müzakirə etmək qərarı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi səlahiyyətlərindən sui-istifadəsinin göstəricisidir. Bu etirazlar məhz ABŞ-ın qərarlarına qanuni narazılıq olaraq keçirilir. Çünki ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərindən geri çəkilir. Bu, eyni zamanda Şuraya qarşı da təhqirdir".
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası cümə günü ABŞ-ın təşəbbüsü ilə İrana dair iclas keçirib.
