İngiltərənin "Everton" klubu "Beşiktaş"ın Türkiyəli hücumçusu Cenk Tosunu transfer etdi.
Trend-in məlumatına görə, transferin qiyməti 27 milyon funt sterlinq təşkil edib. 26 yaşlı hücumçu İngiltərə klubu ilə 2022-ci ilin iyununadək müqavilə bağlayıb.
Qeyd edək ki, Cenk Tosun "Beşiktaş"ın heyyətində 2014-cü ildən çıxış edir və 96 oyuna 41 qol vurub.
