|
Torontoda hava limanında 2 sərnişin təyyarəsi toqquşub

Torontonun Lester Pirson adına hava limanında 2 sərnişin təyyarəsi toqquşub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sərnişinlər təxliyə edilib, toqquşma nəticəsində xəsarət alan olmayıb.

 

Məlumata əsasən, toqquşma nəticəsində təyyarələrin qanad və quyruq hissələri zədələnib.

"CTV" telekanalı bildirir ki, "Sunwing" təyyarəsinin göyərtəsində toqquşmadan sonra yanğın başlayıb. Hadisə yerində yanğınsöndürənlər işləyir.