|
Qar təyyarələri uçmağa qoymadı

Moskvanın Domodedovo, Vnukovo və Şeremetyevo hava limanlarında 30-a yaxın reys ləngiyir.

Trend-in məlumatına görə, buna Moskvada güclü qar yağması və hava limanlarında uçuş-eniş zolaqlarının buz bağlaması səbəb olub.

 

Qeyd olunur ki, Domodedovoda 10, Şeremetyevoda 15, Vnukovoda 5 reys ləngidilib.

Bundan başqa, Domodedovoda daha 9 reys təxirə salınıb.