|
Misirdə turistlərlə dolu hava şarı qəzaya uğradı - Ölən var

Misirin cənubundakı Luksor şəhərində hava şarı qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində bir amerikalı turist həlak olub, daha 7 nəfər xəsarət alıb.

Xəsarət alan turistlər xəstəxanaya yerləşdirilib.

 

Qeyd olunur ki, qəzaya güclü külək səbəb olub.