|
Saakaşvili barəsində 3 illik həbs qərarı verildi

Tbilisi məhkəməsi Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin barəsində qiyabi olaraq 3 il müddətinə həbs olunması barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, M.Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

 

Qeyd edək ki, Gürcüstan bir müddət əvvəl eks-prezidentin ölkəyə ekstradisiya olunmasını tələb etmişdi.

Hazırda M.Saakaşvili Ukraynadadır.