|
Rusiyadan quş əti idxalı dayandırıldı - "quş qripi" var!

Belarus Rusiyanın Kostroma vilayətindən quş əti idxalını dayandırıb.

Trend-in məlumatına görə, bu qərara səbəb vilayət ərazisində ev quşlarında "quş qripi"nin qeydə alınması olub.

 

Qeyd olunur ki, qərar yanvarın 5-dən başlayaraq qüvvəyə minir.

Bundan başqa, Kostromadan Belarusa yumurta, quş yemi və digər məhsulların idxalı qadağan edilib.