|
DİQQƏT:

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq bu gündən etibarən Binəqədi rayonu Məsud Davudoğlu küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, küçə ilə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə saxlanılacaq.

 

Sözügedən ərazidə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.