Boşanma ərəfəsində olan müğənni Mustafa Sandalla həyat yoldaşı Emina Yeni ili birlikdə qarşılayıblar.
İLk addımı Mustafa özü atıb. Belə ki, yeni albomu üçün mahnı yazdıran Sandal sosial şəbəkədə paylaşdığı videosuna həyat yoldaşını da “tag” edib.
O, videoya “Azca səbir... Qovuşmağımıza, bu həsrətə son qoymağa çox az qaldı” yazıb.
