|
Tovuzda 11 yaşlı uşağı maşın vurub, vəziyyəti ağırdır

Tovuz rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun mərkəzində olub. Rayon sakini, 2007 -ci il təvəllüdlü Ağayev Roman Taleh oğlu yolu keçərkən naməlum avtomobil vurub.

 

Yaralı ağır kəllə beyin travması ilə Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Hazırda yaralının vəziyyəti ağırdır.