|
Qobustanda DƏHŞƏTLİ HADİSƏ -

Yanvarın 4-də Qobustan rayonu, Qaracüzlü kəndində dəhşətli hadisə yaşanıb. 

Fövqəladə Hallar Nazirliyindən cia.az-a verilən məlumata görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub. 

Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.