|
Bayram günlərində ölkədə 16 000-dən çox turistin seçdiyi YER hara olub?

Bayram günləri ərzində “Şahdağ” Turizm Mərkəzini 16 000-dən çox turist ziyarət edib.

Mərkəzdən verilən məlumata görə, onların 40 %-indən çoxu məhz xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları olub.

Turizm mərkəzi bayram günlərində turistlərin isirahətini təşkil etmək üçün gücləndirilmiş iş rejimində çalışıb.