|
Manatın hərracda qiyməti müəyyənləşdi

Yanvarın 4-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankdan cia.az-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 2017-ci il dekabrın 29-da rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub.

Cia.az