|
Nyu Yorkda qar fırtınası:

Nyu York məktəbləri yaxınlaşan qar fırtınası ilə əlaqədar bağlanacaq.

Trend-in məlumatına görə, bunu şəhər meri Bill de Blazio deyib.

Yanvarın 4-ü səhər daha çox qar yağacağı gözlənilir. Qarın hündürlüyünün 23-30 sm olacağı ehtimal edilir.

Mer bildirib ki, hər kəs belə hava şəraitini çox ciddi qəbul etməlidir.