|
Şimali Koreyanın atdığı raket şəhərə düşüb

ABŞ mətbuatı Şimali Koreyanın uğursuz raket sınaqları keçirdiyini yazıb.

Aprelin 29-da gerçəkləşən sınaq zamanı “Xvason-12” raketi trayektoriyasından yayınaraq Tokçxon şəhəri yaxınlığında yerə düşüb. Raketin ayrı-ayrı hissələri 237 minlik şəhərə düşərək dağıntılara yol açıb.

 Havadan çəkilən peyk şəkilləri dağıntıların miqyasını tam göstərib.