|
Bu dəfə də gizlənməyə çalışdılar

Müğənni Sıla Gençoğlu ilə sevgilisi, aktyor Ahmet Kural ötən gün hava limanında görüntülənib.

Kiprdə konsert verən Sıla İstanbula geri dönüb. Konsert boyu sevgilisini tək qoymayan Ahmet də onunla birlikdə olub.
Kameraları görən cütlük hava limanından ayrı-ayrı çıxsa da, eyni avtomobilə minərək ərazidən uzaqlaşıb. Sevgili olduqlarını yenə gizlətməyə çalışsalar da, amma diqqətdən yayına bilməyiblər.