|
İtaliyada ağır yol qəzası -

İtaliyanın Breşia şəhəri yaxınlığında ağır qol qəzası baş verib.

Trend-in məlumatına görə, yanacaq daşıyan maşınla digər yük maşını və minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 5 nəfər, o cümlədən 2 uşaq və yük maşınının sürücüsü yanaraq həlak olub.

Minik avtomobilində olanlar Fransa vətəndaşları olub.