|
Şirvanda naməlum avtomobillə vurulan qadın ölüb

Şirvan şəhərində avtomobillə vurulan piyada ölüb.

 

APA-nın yerli bürosunun məlumatına görə, bu gün Heydər Əliyev küçəsində qadın naməlum avtomobillə vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb, sürücü isə qaçıb.

 

Fakt araşdırılır.