|
Mənzildə köməksiz qalan xilas edildi

Qaradağ rayonunda köməksiz qalan xəstə xilas edilib.

Bu haqda cia.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.