|
Mal-qara otaran azyaşlı çayda boğuldu

Mal-qara otaran azyaşlı çayda boğulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cia.az-a verilən məlumata görə, yanvarın 1-də Hacıqabul rayonunun Birinci Paşalı kənd sakini, azyaşlı Xəyyam Teymurov Pirsaat çayının sahilində mal-qara otararkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub.

 

Meyid sudan çıxarılıb.