|
26 mindən çox "Volkswagen" geri çağırıldı

"Volkswagen Group Rus" şirkəti Rusiyada 26 mindən çox "Volkswagen" markalı avtomobili geri çağırıb.

Qərar buksir elementinin qüsurlu qaynaq olunması ilə əlaqədardır.

Məlumata görə, çağırılma 2017-ci ildə Rusiyada satılmış “Volkswagen Polo Sedan” və “Skoda Rapid” modellərinə şamil olunur.

 

Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.