Çinin Siçuan qəsəbəsində dünyanın ən yaşlı erkək pandası ölüb. Pan Pan ləqəbli pandanın 31 yaşı olub. Heyvan Böyük Pandaların müdafiə və araşdırma mərkəzində saxlanırdı.
2015-ci ilin sentyabrında, panda öz 30 illiyində zoobağın əməkdaşlarından buz heykəlini xatırladan tort hədiyyə alıb. Həmin tortu da kök rəngində rəngləyiblər. Pan Pan 130 dəfə ata olub. Bu ilin oktyabrında isə Honq Konqda dünyanın ən yaşlı dişi pandası 38 yaşında ölmüşdü. Tzya Tzya ləqəbli panda bütün dünyada məşhur idi. Hazırda dünyada ən yaşlı panda 36 yaşlı Basa ləqəbli pandadır. Bir qayda olaraq, pandalar 30 ilə qədər yaşayırlar.
