Aktrisa Demi Mur və aktyor Brus Uillisin qızları bu dəfə də paylaşımları ilə gündəm olublar.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı Tallul, 29 yaşlı Rumer və 26 yaşlı Skaut Milad bayramını birlikdə istirahət edərək keçirirlər.
Qızlar qarlı havada meşəyə gedərək çaya giriblər. Bikinidə çəkilmiş fotolarını İnstaqram səhifələrində yerləşdirən bacılar düzgün bədən quruluşu ilə də diqqət çəkiblər.
Xatırladaq ki, bir neçə gün öncə bacılar evdə hamamda çılpaq çəkilmiş şəkilləri ilə müzakirə mərkəzinə çevrilmişdilər.




