|
Hamilə aktrisa qızları ilə gəzintidə

Hamilə aktrisa Cessika Alba bu günlərdə paparazzilərin hədəfinə tuş gəlib.

9 yaşlı qızı Honor və 6 yaşlı qızı Haven ilə görüntülənən dünya ulduzu Los-Ancelesdə küçədə gəzərkən fotoqraflar tərəfindən çəkilib.

Hamiləliyinin son günləriniyaşayan Cessika qara lassin və köynəyini qara günəş eynəyi ilə tamamlayıb.
Aktrisanın özü kimi qızları da sadə geyimdə olub.  
Qeyd edək ki, 2008-ci ildən Keç Uorren ilə ailəli olan 2 qız anası Cessikanın bu dəfə oğlu dünyaya gələcək.