|
SOCAR Belarusda yanacaqdoldurma məntəqəsi şəbəkəsi aça bilər

Belarus və Azərbaycan Belarus ərazisində SOCAR yanacaqdoldurma məntəqəsi şəbəkəsinin açılması məsələsini müzakirə etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransı zamanı deyib.