|
FAO Azərbaycan balının ixrac potensialını artırmağa kömək edəcək

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda arıçılığın inkişafını dəstəkləməkdə davam edəcək.

Trend-in məlumatına görə, bunu FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak deyib.

O qeyd edib ki, 2018-ci ildə FAO bu sahədə növbəti layihəyə başlamaq niyyətindədir:

 

"Yeni layihə Azərbaycan balının ixrac potensialının artırılmasına istiqamətlənəcək".

M.Çakmak bildirib ki, ilkin olaraq 800 min dollar dəyərləndirilən layihə çərçivəsində Azərbaycan balının qablaşdırılması və beynəlxalq sertifikasiyası ilə bağlı məsələlərin həlli planlaşdırılır.