|
Ərdoğan: Türkiyənin müdafiə sənayesi Prezident Administrasiyasının idarəçiliyinə keçib

Türkiyənin müdafiə sənayesi Prezident Administrasiyasının idarəçiliyinə keçib.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan qeyd edib ki, "Havelsan", "Aselsan", "Tai" kimi hərbi sənaye strukturları vahid mərkəzdən idarə olunsa, ölkənin müdafiə sahəsində böyük nəticələr əldə oluna bilər.