|
Göyçayda 8-ci sinif şagirdini dərsdən gələrkən avtomobil vurub

Göyçay rayonunda məktəbli oğlanı avtomobil vurub.

Trend-in məlumatına görə, hadisə rayonun Qarabaqqal kəndi ərazisində baş verib.

Kənd sakini, 2004-cü il təvəllüdlü Bəşirov Qüdrət Ədalət oğlunu yolu keçərkən avtomobil vurub. Q.Bəşirov xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Məlumata görə, Q.Bəşirov Qarabaqqal kənd orta məktəbinin 8-ci sinif şagirdidir və o, dərsdən gələrkən avtomobillə vurulub.