|
Turistləri daşıyan avtobus aşdı

İslandiyanın cənubunda Çindən olan turistləri daşıyan avtobus aşıb.

 

 APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, yol qəzası paytaxt Reykyavikdən 250 km cənubda baş verib

 

 Hadisə nəticəsində 1 nəfər ölüb, azı 10 nəfər xəsarət alıb. Qəza zamanı avtobusda təxminən 40 Çin vətəndaşı olub. Xəsarət alanlardan 10-u paytaxt xəstəxanasına çatdırılıb.

 

 İnsidentin səbəbləri müəyyənləşdirilir.