|
İpoteka Fondunun bu vaxta qədər verdiyi kreditlərin sayı AÇIQLANDI

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) xətti ilə indiyədək verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

AİF-dən CİA.az-a verilən məlumata görə, fondun xətti ilə 21 min 155 ipoteka krediti verilib.

“Azərbaycan İpoteka Fondu”nun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 936 milyon 070 min 248 manatdan çoxdur.