Amerikanın Ayova ştatında yerli heyvan sığınacağı olan Animal Rescue Leaguedə qalan heyvanlar Milad bayramı münasibətilə özlərinə hədiyyə seçiblər. Bu barədə videoyazı 21 dekabrda internetdə yayılıb. 6 gün ərzində videonu 48 min nəfər izləyib.
Heyvanlara alınan oyuncaqlarn pulu isə sığınacağa verilən ianələr hesabına əldə edilib. Məlum olub ki, sığınacaq rəhbərliyi hər bayramda heyvanları sevindirməyə çalışır. Onun fikrincə, heyvanların da insanlar kimi sevinməyə, bayramı hiss etməyə haqqı var.
