|
Sankt-Peterburqda mağazada partlayış: 10 yaralı

Rusiyanın Sankt-Peterburq şəhərində "Perekryostok" mağazasında partlayış baş verib.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, insident nəticəsində 10 nəfər xəsarət alıb. Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Ticarət mərkəzində olan insanlar təxliyə olunub.

 

Hadisənin təfərrüatları müəyyənləşdirilir.