|
Hakan Çalhanoğlu "Qalatasaray" və "Fənərbaxça"nın hədəfində

Türkiyə millisi və "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını vətənində davam etdirə bilər.
Ulduz futbolçu ilə "Fənərbaxça" və "Qalatasaray" klubları yaxından maraqlanırlar. Danışıqlar müsbət yekunlaşsa, Çalhanoğlu qış transfer pəncərəsində bu iki komandadan birinə keçə bilər.
Qeyd edək ki, yayda "Bayer"dən 22 milyon avro qarşılığında "Milan"a keçən futbolçu əsas heyətə düşməkdə çətinlik çəkir