|
Almaniyada gəmi körpüyə çırpıldı - Yaralılar var

Almaniyanın Duysburq şəhərində Reyn çayında hərəkət edən sərnişin gəmisi körpüyə çırpılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 27 nəfər xəsarət alıb.

Xəsarət alanlardan beş nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

 

Qəzaya uğrayan gəmidə 129 nəfər, o cümlədən 26 heyət üzvü olub.

Xilasetmə işlərində 80 nəfər iştirak edir.