|
"Transferlər üçün 300 milyon avro yetərli deyil"

"Mançester Yunayted"in baş məşqçisi Joze  Mourinyo İngiltərə Premyer Liqasının 20-ci turunda "Bernli" ilə matçdan (2:2) sonra transferlərə ödənilən pullarla bağlı açıqlama verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis indiyə kimi transferlərə xərclədiyi pulların istədiyi komandanı qurmaq üçün yetərli olmadığını deyib:

"Transferlərə 300 milyon funt sterlinq xərcləmişik. Amma bu, yetərli deyil. Dünyanın ən yaxşı komandasını qurmamışıq. İstədiyimiz komandanı yaratmağa çalışırıq. "Mançester Siti" bizim hücumçuya xərclədiyimiz pula müdafiəçi alır".

Cia.az