|
Bakının bu ərazisində işıq olmayacaq
Bu gün Bakının bir rayonunda işıq olmayacaq.
"Azərişıq" ASC-dən verilən məlumata görə, Binə-Sovxoz yaşayış massivində 10 kV-luq  yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq  27 dekabr tarixində saat 10.00-dan 15.00-a qədər  Xəzər rayonunun  bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. 
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir. 
cİA.AZ