|
Quarejma "Beşiktaş"dan gedir ? - açıqlama

"Beşiktaş"ın futbolçusu Rikardo Quarejma İstanbul klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az-ın məlumatına görə, portuqaliyalı oyunçu özünün "İnstagram" hesabı vasitəsi ilə bu iddiaları təkzib edib. O, İstanbul klubunda xoşbəxt olduğunu yazıb.

Qeyd edək ki, R.Quarejma 2015-ci ildən "Beşiktaş"da oynayır