|
Dostu ayağını qucaqladı - o da paylaşdı

Aparıcı Seda Akgül ötən gün ticarət mərkəzlərindən birində yaxın dostu, aktyor Kadir Çöpdemirlə qarşılayıb.
Çoxdandır görüşməyən ikili bir-birini gördükdə maraqlı tərzdə salamlaşıblar.
Əvvəlcə Kadir Sedanın ayağını, daha sonra isə özünü qucaqlayıb. 
Akgül aktyorun onun ayağını qucaqladığı fotonu İnstaqramda "Bir-birimizin həsrətini çəkirdik" qeydi ilə paylaşıb. 

Aparıcının fotosu izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.