Müğənni İbrahim Tatlısesin Derya Tuna ilə nikahından olan oğlu İdo yeni görünüşü ilə təəccüblənirib.
2 ayda 15 kiloqram arıqlayan gənc ifaçının yeni seriala çəkiləcəyi bildirilir.
Bu vaxtadək heç vaxt serial təklifi qəbul etməyən Tatlıses bundan sonra müğənniliklə yanaşı, aktyorluqda da özünü sınamaq fikrinə düşüb.
İdonun İnstaqramda paylaşdığı son fotolarına izləyiciləri "Bir dəri, bir sümük qalmısan" kimi şərhlər yazıblar.

