|
Ronaldonun körpələri ilə yeni fotosu

Futbolçu Kriştiano Ronaldo sosial şəbəkədə yeni fotosunu paylaşıb.
CİA.az xarici KİV-ə istinadən xəbər verir ki, fotoda Ronaldo uşaqları - ötən ay dünyaya gəlmiş qızı Alana Martina və 3 aylıq əkizləri Yeva və Mateo ilə birlikdə poz verib.

Qeyd edək ki, Kriştianonun qızı hazırda sevgili olduğu Corcina Rodriqezdəndir. Onun əkizləri və 7 yaşlı oğlu isə surroqat ana vasitəsilə dünyaya gəlib.