|
Maşın motosikletlə toqquşdu

Bakının Sabunçu rayonunda minik avtomobili motosikletlə toqquşub.

APA-nın xəbərinə görə,  hadisə Maştağa qəsəbəsində, keçmiş Məmmədyarov dairəsi yaxınlığında baş verib.

Qəza nəticəsində motosikletin sürücüsü, 1997-ci il təvəllüdlü Ələsgərov Sərxan Ağayar oğlu xəsarət alaraq 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.