|
Meksikada məşhur jurnalistin qətlinin təşkilatçısı saxlanıldı

Meksikada nüfuzlu Jornada nəşrinin jurnalisti Miroslava Briçin qətlinin təşkilatçısı saxlanılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Miqel Anxel Ossorio Çong məlumat verib.

Briç mart ayında Çiuaua ştatında öz evinin qarşısında güllələnib.

2000-ci ildən etibarən ölkədə təxminən 120 media nümayəndəsi qətlə yetirilib.