|
Safet Suşiç istefaya göndərildi

Türkiyə Superliqası təmsilçisi "Alanyaspor" baş məşqçisi Safet Suşiçlə yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 62 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, S.Suşiç bu ilin yanvarından "Alanyaspor"u çalışdırırdı.

Əlavə edək ki, "Alanyaspor" hazırda turnir cədvəlində 18 xalla 13-cü pillədə qərarlaşıb