|
Roma Papası Milad bayramı ilə bağlı müraciətində Suriyadan danışdı

Roma Papası I Fransisk Milad bayramı münasibətilə dünya katoliklərinə müraciət edib.

Trend-in məlumatına görə, Papa dünyada münaqişələrin dayandırılmasına çağırıb.

 

Vatikanda Müqəddəs Pyotr kilsəsindən müraciət edən I Fransisk Yaxın Şərqdə, Suriyada, eləcə də Ukraynada olan uşaqları unutmamağa çağırıb.

Roma Papası qeyd edib ki, dünyada “müharibələr küləyi əsir” və şəxsyyətin, ətraf mühitin və sosial sahənin tənəzzülü davam edir.