|
Rusiyanın Azərbaycana investisiyaları 1,5 milyard dollara çatıb

Rusiyanın Azərbaycana investisiyaları 1,5 milyard dollara çatıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan-Rusiya işgüzar şurasının genişləndirilmiş iclası zamanı Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

 

Nazir iki ölkə arasında iqtisadi münasibətlərin yüksək potensialını vurğulayıb:

“İki ölkə arasında qarşılıqlı investisiyaların həcmi artmaqda davam edir. Rusiyanın Azərbaycana investisiyaları 1,5 milyard dollara çatıb, eyni zamanda Azərbaycan da Rusiyaya fəal şəkildə investisiyalar qoyur”.