|
Paytaxt sakini dəm qazından zəhərləndi

Paytaxt sakini dəm qazından zəhərlənib.

 

APA-nın xəbərinə görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

 

1996-cı il təvəllüdlü Əli İsmayılov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

 

Ə.İsmayılov 3 saylı Şəhər Klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir