"Milan"ı yenidən Vinçenzo Montella çalışdıra bilər.
Bu iddia ilə "Football İtalia" nəşri çıxış edib. Xəbərdə qeyd olunub ki, 43 yaşlı mütəxəssislə klub arasında imzalanan müqavilə hələ də ləğv olunmayıb. Bu isə o deməkdir ki, tərəflər razılığa gəlsələr, Montella yenidən komandanın sükanı arxasına keçə bilər.
Qeyd edək ki, noyabrın 27-də istefaya göndərilən Montellanın əvəzinə Cennaro Qattuzo baş məşqçi təyin olunmuşdu. "Milan" onun başçılığı altında meydana çıxdığı 4 oyundan 4 xal qazana bilib. Komanda hazırda 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
