|
“Boavişta”nın futbolçusu 20 yaşında vəfat etdi

Portuqaliya “Boavişta”sının hücumçusu Edu Ferreyra bu gün 20 yaşında vəfat edib.

O, bu gün xərçəng xəstəliyindən dünyasını dəyişib.

Edu ağır xəstəliyə düçar olduqdan sonra idmançı karyerasını başa vurub. Bu ay “Boavişta” Eduya dəstək olaraq onunla müqavilənin müddətini 2018/19 mövsümünün sonuna qədər uzatmışdı