Aktrisa Eva Lonqariya ötən gün Mayamidə şopinq zamanı paparazzilərə tuş gəlib.
42 yaşlı aktrisa bir müddət əvvəl hamilə olmadığını desə də, onun kökəlməyi və qarnının böyük olması yalanını üzə çıxarıb.
Mağazalardan birindən alış-veriş edən Eva avtomobilinə minərək evinə yola düşüb.
Aktrisaya yaxın mənbənin sözlərinə görə, Xose Antonio Bastondan hamilə olan Lonqariya gələn ilin yazında ilk dəfə ana olacaq. Xoseyə oğul övladı bəxş edəcək aktrisa özü də buna hələ inana bilmir. Belə ki, Eva həmişə ana olmaq istəsə də, amma bu, mümkün olmayıb.
Qeyd edək ki, Antonia ilə 2016-cı ildən evli olan aktrisa onun ilk evliliyindən olan övladları – Xose, Tali və Marianaya analıq edib.

