|
Ermənistanda ərzaq və məişət malları bahalaşacaq - Yanvarın 1-dən

Ermənistanda yanvarın 1-dən gündəlik ərzaq məhsulları və məişət malları bahalaşacaq.

Trend-in məlumatına görə, buna səbəb kimi Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəticəsində 800-900 adda məhsulun gömrük dərəcəsinin qalxması göstərilir.

Yerli KİV idxal edilən toyuq əti, kərə yağı, yumurta, sitrus meyvələri və kofenin də gömrük dərəcəsinin artacağını yazır.